azerbaycanin-iri-seherinde-muasir-isiqlandirma-sistemleri-qurasdirilacaq-pul-ayrildi

Azərbaycanın iri şəhərində müasir işıqlandırma sistemləri quraşdırılacaq - PUL AYRILDI

Azərbaycan Respublikası Prezidenti "Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncam ilə, Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.