"Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb".
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan ermənilər tərəfindən onlayn platformalarda təhrif olunmuş xəritələrlə üz-üzə qalıb: “Bizim "google” və digər təşkilatlara müraciətlərimiz nəticəsində yüzlərlə, minlərlə toponimin adı dəyişdirilərək əvvəlki tarixi adı bərpa edilib”.