Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
İnsider.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.