Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov faciə qurbanlarının xatirəsinə Bakıda ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət edib.
İnsider.az xəbər verir ki, xarici işlər nazirinin başçılıq etdiyi Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti abidə önünə əklil qoyub və faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.