azerbaycanla-bmt-arasinda-baglanmis-sazisin-muddeti-uzadilib

Azərbaycanla BMT arasında bağlanmış sazişin müddəti uzadılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında” Sazişin qüvvədəolma müddətinin uzadılmasına dair Protokol”un təsdiq edilməsi barədə qanunu imzalayıb.

2015-ci il mayın 25-də imzalanmış sazişin qüvvədəolma müddəti tərəflərin saziş üzrə öhdəliklərinin yerinə yetirilməsinin davam etdirilməsi və başa çatdırılması məqsədilə 2021-ci il dekabrın 31-dək uzadılıb.