azercell-65-yasdan-yuxari-olan-abunecilerine-mobil-musteri-xidmetlerini-temennasiz-teqdim-edir

Azercell 65 yaşdan yuxarı olan abunəçilərinə Mobil Müştəri Xidmətlərini təmənnasız təqdim edir!

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünyada müşahidə olunan gərgin vəziyyətdə abunəçilərini diqqət mərkəzində saxlamağa davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırda ölkədə xüsusi karantin rejimi elan edildiyini nəzərə alaraq, mobil operator mart ayının 24-dən etibarən 65 yaşdan yuxarı olan abunəçilərinə Azercell-in Müştəri Xidmətlərindən evlərini tərk etmədən yararlanmaq imkanı təklif edir. Belə ki, şirkətin bu kateqoriyaya aid olan bütün müştəriləri Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət edərək, şirkətin Mobil Müştəri Xidmətlərindən təmənnasız istifadə edə biləcəklər. İlkin mərhələdə Bakı şəhəri və Abşeron yarımadasının yaşı 65-dən yuxarı olan abunəçilər üçün ödənişsiz istidadəyə verilən Mobil Müştəri Xidmətləri yaxın günlərdə Azercell-in bölgələrdə yaşayan müştəriləri üçün də əlçatan olacaq. Qeyd edək ki, ölkədə tətbiq edilən sosial izolyasiya tədbirlərinə riayət edilməsini rəhbər tutaraq, Azercell-in Onlayn Müştəri Xidmətləri və ya Telefon Mərkəzinin əməkdaşları müştəriyə bütün lazımi dəstəyi  göstərməyə çalışacaq və yalnız zəruri hallarda (sim-kart dəyişikliyi kimi servislər) müraciət şirkətin Mobil Müştəri Xidmətlərinə yönləndiriləcək. Onu da vurğulayaq ki, “Azercell Telekom” MMC əhalinin və əməkdaşlarının sağlamlığının qorunması, həmçinin COVID-19 virusunun yayılmasının qarşısının alınması çərçivəsində müvafiq preventiv tədbirlər görərək, Mobil Müştəri Xidmətlərini, eləcə də abunəçilərlə təmasda olan bütün əməkdaşlarını ölkədə tətbiq edilən xüsusi rejim qaydalarına riayət edilməsi barədə təlimatlandırıb, onları maska, əlcək, antiseptik vasitələr və  qoruyucu geyimlə təmin edib. Eyni zamanda, Azercell-in Müştəri Xidmətləri ofislərində masaüstü şüşə arakəsmələr quraşdırılıb.
Xatırladaq ki, Azercell-in Bakı və bölgələrdə çalışan Müştəri Xidmətləri Mərkəzləri, Azercell Eksklüziv və Azercell-in rəsmi diler məntəqələrində mütəmadi olaraq dezinfeksiya tədbirləri həyata keçirilir. Xidmət mərkəzləri xüsusi iş rejimində çalışaraq hər gün 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.
 
Azercell öz abunəçilərinə ev şəraitindən ayrılmamaları və kütləvi insan axınının mövcud olduğu yerlərə baş çəkməmələri üçün şirkətin aşağıdakı alternativ xidmət kanallarından istifadə etməyi tövsiyə edir:  
 
• Online Müştəri Xidmətləri  https://www.azercell.com/az/;
• “Kabinetim” Mobil tətbiqi və onun tərkibindəki çat xidməti https://www.azercell.com/my/login;
• Azercell-in rəsmi Facebook, Twitter və Instagram səhifələri;
• Azercell Telefon Mərkəzi:
- Fakturalı Xətt Abunəçiləri: +994(012) 4905252 şəhər nömrəsi və ya 6565/*1111 qısa nömrələri
- Fakturasız Xətt (SimSim) Abunəçiləri: +994(012) 4904949 şəhər nömrəsi və ya 2002/*1111 qısa nömrələri