azercell-de-yeni-direktor-teyinati

Azercell-də yeni direktor təyinatı

Sona Abbasova "Azercell Telekom" MMC-də Korporativ Əlaqələr departamentinin direktoru təyin edilib.

Məlumata görə, Sona Abbasova Noyabr ayının ilk günlərindən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Sona Abbasova son on ildə "PAŞA Bank"ın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru vəzifəsində çalışıb.