Nəzərinizə çatdırmaq istərdik ki, bəzi abunəçilərimiz son zamanlar “Azercell Telekom” MMC adından saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq halları ilə qarşılaşmalı olur. Bundan əlavə, fırıldaqçıların şirkətimiz adından abunəçilər ilə əlaqə saxlaması, təklif olunan saxta nömrə ilə bağlı şəxsiyyət vəsiqəsi məlumatlarının ötürülməsi və ödənişin edilməsinə dair tələblərini irəli sürməsi hallarına da rast gəlinir. Müştərilərimizdən gələn müraciətlər əsasında Azercell şirkəti tərəfindən aparılmış yoxlamalar onu göstərir ki, saxta yolla göndərilən nömrənin abunəçi adına rəsmiləşdirilməsi ilə bağlı Azercell və ya şirkətin nömrə satışını həyata keçirən rəsmi dilerləri tərəfindən hər-hansı bir əməliyyat aparılmayıb. Qeyd olunan xoşagəlməz halların “Azercell Telekom” ilə heç bir əlaqəsi olmadığını nəzərə alaraq zərər çəkmiş vətəndaşların hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyə edilir. Həmçinin, abunəçilərə vaxtaşırı SMS bildirişlərin göndərilməsi, eləcə də, Azercell-in rəsmi saytı və sosial şəbəkə səhifələrində məlumatların yerləşdirilməsi yolu ilə şirkətimiz tərəfindən maarifləndirmə tədbirləri həyata keçirilir.
Bütün yuxarıda sadalananları nəzərə alaraq, Azercell şirkəti abunəçilərini nömrə seçimi və sifarişi zamanı yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün əsas təhlükəsizlik tövsiyələrinə riayət etməyə çağırır:
Abunəçilər yuxarıdakı linkdən istifadə edərək Azercell-in rəsmi dilerləri tərəfindən göndərilən nömrə təkliflərinin etibarlılığını yoxlamaq üçün nömrə siyahısını nəzərdən keçirə bilər.
- Yarana biləcək hər-hansı sual ilə bağlı yalnız Azercell şirkətinin rəsmi əlaqə vasitələrindən birinə müraciət edin: