Ölkənin lider mobil operatoru Azercell Telecom Novruz bayramı ərəfəsində abunəçilərini sevindirməyə davam edir. Şirkət bayram çərşənbəsində fakturasız xətt abunəçilərinə daha bir xüsusi endirim təklif edir.
Belə ki, endirim kampaniyası çərçivəsində fakturasız xətt abunəçiləri bu gün, mart ayının 10-u, çərşənbə axşamı “Aylıq 30 GB” internet paketinə qoşularkən 20% xüsusi endirimdən yararlanmaq imkanı əldə edir.
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/novruz_endirim_yel/ müraciət edin.
Xatırladaq ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20%, “Limitsiz Gecə” paketinə isə 50% təqdim edib.
Yel çərşənbəsi münasibəti ilə hər birinizi təbrik edirik!
Bayramdan birlikdə zövq alaq!