Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edir
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC dünyada 800 milyondan çox istifadəçinin rəğbətini qazanan TikTok sosial şəbəkəsinin pərəstişkarlarını sevindirir. Mobil operator son zamanlar sosial mediada rezonans yaradan TikTok üçün xüsusi internet paketi istifadəyə verir. Fevral ayının 23-dən mart ayının 31-dək yeni paket çərçivəsində 1GB həcmində interneti cəmi 2 AZN-ə təklif edən Azercell, gənc nəslin sevimlisi olan TikTok tətbiqini müştəriləri üçün daha da əlçatan edir.
Populyar musiqi və filtrlərdən istifadə edərək qısa videolar yaratmağa və paylaşmağa imkan verən TikTok-dan endirimli qiymətlərlə yararlanmaq üçün T açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir.
Qeyd edək ki, “TikTok internet paketi”ni yalnız Azercell-in aylıq internet paketlərinə abunə olan müştərilər sifariş edə bilər.
Sevdiyiniz sosial şəbəkədən əlverişli şərtlərlə yararlanmağa tələsin!
Azercell-in aylıq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html , “TikTok internet paketi” haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/tiktok-data-pack.html səhifəsinə keçid etməyiniz xahiş olunur.