“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin keçmiş sədri Azər Kərimov bu gündən “Azercell Telecom" MMC-də işə başlayıb.
Məlumata görə, o, şirkətin Təchizat zəncirinin idarə edilməsi departamentinin direktoru təyin edilib.
Xatırladaq ki, A.Kərimov "Aqrar Sığorta"dan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxfi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb.
Report