Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzalaydığı sərəncam ilə, Rəşad Nəbi oğlu Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
İnsider.az xəbər verir ki, Prezidentin digər bir sərəncamı ilə, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Başqa bir sərəncamı ilə Rəşad Nəbi oğlu Nəbiyev Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.