bakida-ilk-defe-robot-cup-2021-bas-tutdu-foto

Bakıda ilk dəfə: “Robot cup 2021” baş tutdu - FOTO

“Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Robot Cup 2021” turniri keçirildi. 100-ə yaxın yeniyetmənin iştirak etdiyi robotların savaşı 2 gün davam etdi.

“Gaming League Azerbaijan” sözün əsl mənasında virtual robot savaşını həyatda reallaşdırmağı bacardı. Qaydalara görə xüsusi hazırlanan geniş ərazidə 4 robot elan olunan zaman ərzində bir-biriləri ilə mübarizə aparır. Daha az yaralanan robotu idarə edən iştirakçı növbəti mərhələyə vəsiqə qazanır.

Yarışın yekun nəticəsinə əsasən Rəsul Eminovla Husna Məmmədli müvafiq olaraq 2-3-cü yerləri tutdu. Alparslan Yaqublu isə “Robot Cup 2021” turnirin qalibi oldu. Qalib və mükafatçıları qiymətli hədiyyələr, medal və sertifikatla təltif edildi.

İki gün ərzində “Robot Cup 2021” turnirinə olan yüksək maraq gələcəkdə də belə yarışların keçirilməsinə əsas yaradır. 

Tədbirdə eyni zamanda “AzeRobot” təhsil mərkəzlərində fərqlənən uşaqlara sertifikat və hədiyyələr verilib. “AzeRobot” təhsil mərkəzinin yeni filialları barədə məlumat verilib.