bakida-qosulmama-herekatinin-zirve-gorusu-baslayir

Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşü başlayır

Bu gün Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının XVIII Zirvə Görüşü öz işinə başlayır.

İnsider.az xəbər verir ki, Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək. 

Sammit zamanı təşkilata sədrlik müddətinə Azərbaycana keçəcək. Ölkəmiz üç il müddətinə təşkilata sədrlik edəcək. 

Zirvə görüşündə dörd sənədin qəbulu gözlənilir. 

İki gün davam edəcək sammitin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də yer alacaq.