bakida-rusiya-azerbaycan-ekspert-surasinin-ilk-iclasi-kecirilir

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının ilk iclası keçirilir

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclası keçirilir.

Tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiyanın Beynəlxalq Məsələlər Şurası tərəfindən birgə təşkil olunub.

İclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andey Kortunov, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və başqaları iştirak edirlər.