bakinin-bezi-kucelerinin-bir-hissesi-genislendirilecek-serencam

Bakının bəzi küçələrinin bir hissəsi genişləndiriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

İnsider.az xəbər verir ki, sərəncamla Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Hüseynzadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə 2020-ci il dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11,6 milyon manat ayrılıb.