bas-nazirden-avtomobil-yollari-sebekesinin-semereli-istismari-ile-bagli-qerar

Baş nazirdən avtomobil yolları şəbəkəsinin səmərəli istismarı ilə bağlı QƏRAR

“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli 13 nömrəli Qərarında dəyişiklik edilib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərar Azərbaycan Respublikasında ümumi istifadədə olan avtomobil yolları şəbəkəsinin səmərəli istismarını təmin etmək məqsədilə qəbul edilib.

Qərarın qəbul edilməsi avtomobil yollarının saxlanması ilə bağlı bəzi məsələlərin daha dəqiq və dolğun tənzimlənməsinə və nəticə etibarı ilə “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin daha effektiv və qənaətli xərclənməsinə xidmət edəcəkdir.