bas-nazirden-qaz-techizati-ile-bagli-qerar

Baş nazirdən qaz təchizatı ilə bağlı QƏRAR

Nazirlər Kabineti 31 may 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”da dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və yaxud əlavə qaz həcmi alması Qaydası”na əsasən müəyyən edilir.