bas-nazirden-yeni-teyinatlar

Baş Nazirdən yeni təyinatlar

Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri və Baş Nazirin yeni köməkçisi təyin edilib.

İnsider.az-ın xəbərinə görə, Baş Nazir Əli Əsədovun müvafiq əmri ilə Hikmət Xəlilov Nazirlər Kabineti Aparatını İşlər müdiri, Ələsgər Ələsgərov isə Baş nazirin köməkçisi təyin olunub.

Xəbər verdiyimiz kimi, yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb. Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad edilmişdilər.

© APA