bayden-rusiyaya-sanksiya-tetbiq-etmeye-hazirlasir

Bayden, Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır

ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi hökumət, Rusiya təşkilatları və vətəndaşlarına SolarWinds-in "haklanmasına" və ABŞ seçkilərinə müdaxilə edilməsilə əlaqədar olaraq sanksiya tətbiq etməyə hazırlaşır.

Cümə axşamı günü açıqlanması gözlənilən sanksiya siyahısında hökumət və kəşfiyyat işçiləri və 20-yə yaxın təşkilatın adı var. ABŞ-ın 10 Rusiya rəsmi vəzifəlisini və diplomatını da ölkədən çıxaracağı gözlənilir.

ABŞ Prezidenti Co Bayden, çərşənbə axşamı günü Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Amerikanın öz mənfəətlərini qoruyacağını söyləmişdi. 

Marja