bbc-britaniyali-arm-cip-istehsalcisi-huawei-le-islemeyi-dayandirdi

"BBC": britaniyalı “ARM” çip istehsalçısı “Huawei”-lə işləməyi dayandırdı

Britaniyann “ARM” çip istehsalçısı ABŞ qanunvericiliyinə riayət etmək üçün öz əməkdaşlarına Çinin “Huawei” şirkəti və onun törəmələrilə qüvvədə olan bütün müqavilələri dayandırmağı tapşırdı. İnsider.az bu barədə “BBC”-yə istinadla xəbər verir.

Şirkətin daxili bəyanatında deyilir ki, “ARM” tərtibatları amerikan texnologiyalarını ehtiva edir.
“ARM”-dən Reuters-ə bildiriblər ki, şirkət ABŞ-ın qoyduğu bütün son qaydalara riayət edir. Digər şərhlərdən “ARM” nümayəndəsi imtina edib.

“Huawei”-də isə ABŞ haikimiyyətinin hərəkətlərilə bağlı bəzi partnyorlarının üzləşdiyi təzyiqləri anladıqlarını deyiblər. Müştərilərinə texnologiya və məhsulların təchizatı şirkətin prioritet məsələsi olaraq qalır.

“ARM” şirkəti Böyük Britaniyada 1990-cı ildə təsis olunub. “Huawei” “ARM” tərtibatlarını öz smartfonları üçün prosessorların yaradılmasına görə istifadə edir və britaniyalı çip istehsalçısının addımı şirkətin prosessor istehsalında əksini tapacaq.

Samirə Məmmədova