benzin-ve-dizelle-mersedes-buraxilmayacaq

Benzin və dizellə "Mersedes" buraxılmayacaq

Daimler konserninin araşdırmalar şöbəsinin rəhbəri Markus Şafer, alman konserninin ənənəvi yanacaqla çalışan yeni mühərriklərin yaradılmasına son verdiyini bəyan edib. Beləliklə, M256 indeksli altısilindrli modul mühərrikləri ailəsi DYM xəttində sonuncu ola bilər.

İnsider.az xəbər verir ki, bununla belə, Şafer DYM-dən imtina edilməsi barədə son qərarın qəbul edilmədiyini bildirib. O, Daimler konserninin əsas diqqətini elektromotor, akkumulyator və hibridlərə yönəltdiyini söyləyib. Şafer həmçinin, güc qurğuları sahəsində tədqiqatlar və işləmələr üçün ayrılan büdcənin yüksək səviyyədə qaldığını qeyd edib.

Xatırladaq ki, Daimler konserni bir müddət bundan əvvəl, M256 sıralı altısilindrli aqreqatların yeni nəslini buraxmaqla, daxili yanma mühərriklər çeşidinin yenilənməsi prosesini başa vurub. Bu güc aqreqatı E-Class, yeni S-Class, həmçinin alman markasının bütün krossoverlərinin kapotu altında peyda olacaqdır. Adətən mühərriklərin həyat dövrü uzun olur. Məsələn, M276 ailəsindən olan V-şəkilli mühərriklər modernləşdirilmiş halda 2010-cu ildən istehsal edilir.

© Autograph