beyindeki-melumatlari-komputere-oturmek-mumkun-olacaq-yenilik

Beyindəki məlumatları kompüterə ötürmək mümkün olacaq - YENİLİK

Beyindəki məlumatların damarlar vasitəsilə kompüterə ötürülməsi mümkün olacaq.

İnsider.az xəbər verir ki, alimlər açıq əməliyyat üsulu ilə beyindən məlumatların kompüterə ötürülməsi üçün interfeyslər hazırlayırlar. Lakin bunun bir mənfi tərəfi var. Belə ki, texnologiya iflic olan insanların komputerin köməyi ilə ünsiyyət saxlamağına imkan versə də, bir cərrahi müdaxilə insult və qıcolmaya səbəb ola bilər. 

"Synchron" şirkəti bu problemi aradan qaldırmaq üçün damarlar vasitəsilə beyinə ötürülə bilən “Stentrode” adlı beyin implantatı hazırlayıb. Qurğu boyun damarı vasitəsilə beyinə çatdırılır və bu üsulla artıq əməliyyata ehtiyac qalmır.

Tədqiqatçıların heyvanlar üzərində apardığı araşdırmalara görə, implantasiya təqribən iki həftə çəkir və insan orqanizminə zərər vermir. Qurğu insanlar üzərində də sınaqdan keçiriləcək.

©Finans.az