“Ermənistanın Tovuzdakı təxribatları hərbi təcavüz və terror aktıdır”.
İnsder.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Tovuz hadisələri barədə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM Ermənistanın hərbi təxribatını qəti şəkildə qınayıb.
L.Abdullayeva əlavə edib ki, 14 iyulda Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını qətiyyətlə pisləyib.
“Baş katib Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair Türk Şurasının məlum mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edib. Bəyanatda Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təxribat cəhdi pislənilib”.