beynelxalq-keramika-simpoziumuna-sayili-gunler-qaldi

Beynəlxalq Keramika Simpoziumuna sayılı günlər qaldı

Respublikanın əsas turizm regionlarından biri olan Şəki şəhəri və orada fəaliyyət göstərən unikal “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi keramika sənəti sevənləri qarşılamağa hazırlaşır.

20 may-2 iyun 2019-cu il tarixində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutacaq “Təbiətdən Tarixə” Beynəlxalq Keramika Simpoziumunda bir çox ölkələrdən peşakar keramistlər iştirak edəcək. 2 həftə davam edəcək Simpozium zamanı iştirakçılar layihənin kuratoru məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltaraşlıq kompozisiyaları üzərində çalışacaq.

Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən çox müraciətlər qəbul edilib. İştrakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı (https://ceramicsymposium.org/az/) vasitəsilə aparılıb. 

Seçim prosesi əsasında 14 ölkədən 26 sənətkar-keramaçı seçilib. Beləliklə, Simpoziumda iştirak edəcək ölkələr: Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Brazilya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustan müəyyən edilib.

Qeyd edək ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı Azərbaycan Resplublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabrın 29-u baş tutub.