bezos-aya-yuk-dasima-apparatinin-prototipini-numayis-etdi

Bezos Aya yük daşıma apparatının prototipini nümayiş etdi

“Amazon”-un təsisçisi Ceff Bezos onun “Blue Origin” şirkətinin tərtib etdiyi Ay üzərinə eniş üçün olan kosmik apparatın maketini təqdim edib.

İnsider.az bu barədə “Bloomberg” və “CNBC”-yə istinadla yazır.

“Aya geri dönməyin vaxtı gəlib və bu dəfə orada qalmaq üçün”, — deyəd Bezos Vaşinqtondakı mətbuat konfransında bildirib.

Sahibkar əlavə edib ki, Ayda olan cazibə qüvvəsi Yerdəkindən azdır. Bunun sayəsində də onun səthindən uçuşlar daha az enerji tələb edir.

Apparat “Blue Moon” adını alıb, yanacaq kimi o, maye hidrogendən istifadə edəcək. Bu, ona Ayın buzlarından olan su ilə doldurulmağa imkan verəcək. Bezosun sözlərinə görə, apparat Aya ən azı 3,6 ton faydalı yük çatdırmağa, həmçinin Ay səthindən orbitə süni peyklər buraxmağa qadirdir.

“Blue Origin”-nin təsisçisi, həmçinin eniş modulu üçün xüsusi olaraq yaradılmış yeni BE-7 mühərrikini nümayiş edib. Qüvvət qurğusunun ilk sınaq olaraq işə salınması 2019-cu ilin yayına planlaşdırılıb.

Şirkət “Blue Moon” üzərində üç il boyu çalışırdı. Növbəti addım Ay üzərinə insanların çatdırılması üçün apparatın versiyasının hazırlanması olacaq. Bezos ümid edir ki, belə missiyalar 2024-cü ilə mümkün olacaq.

Associated Press” qeyd edir ki, “Blue Moon”-un ilk uçuş tarixlərini Bezos dəqiq bildirməyib, təqdimatın böyük hissəsini o, orbital stansiyalarda insan koloniyaların yaradılması mümkünatı barədə danışıb.

Samirə Məmmədova