bilesuvar-rayonu-ucun-pul-ayrildi-serencam

Biləsuvar rayonu üçün pul ayrıldı - SƏRƏNCAM

Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Prezidenti "Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında"  Sərəncam imzalayıb.

Sərəncama əsasən, On doqquz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi məqsədilə 2022-ci il dövlət büdcəsindən  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 5,2 milyon manat ayrılıb.