“MIT Technology Review” “Microsoft” təsisçisi Bill Geytsdən yaxın gələcəkdə dünyanı dəyişəcək texnologiya siyahısını tərtib etməyi xahiş edib.
İnsider.az onları ixtisarla təqdim edir:
1. Yeni nəsil nüvə enerjisi
Son illərin tərtibatları bu enerji növünün daha ucuz və təhlükəsiz olacağına ümid verir. Kanadanın “Terrestrial Energy” və Vaşinqtonun “TerraPower” kimi dördüncü nəsil reaktorların yaradıcıları 2020-ci ilə yeni enerji təminatı sistemlərini yaratmağı hesaba alaraq, energetika şirkətlərilə birgə çalışırlar.
Kiçik modul reaktorları adətən onlarla meqavatt enerji (müqayisə üçün adi atom reaktoru təxminən 1 min meqavatt istehsal edir) istehsal edirlər. “Oregon's NuScale” şirkətində hesab edirlər ki, belə reaktorlar qənaət etməyə, həmçinin maliyyə və ekoloji riskləri azaltmağa imkan verəcək.
İdarə edilən termonüvə sintezi sahəsində də tərəqqi qeyd olunub. 2030-cu ilə qədər heç kimin sıçrayış gözləmədiyinə baxmayaraq, “General Fusion” və “Commonwealth Fusion Systems” kimi şirkətlər artıq bəzi uğurlara nail olublar. Belə reaktorlar qəzalardan sığortalanıb və ətraf mühiti çirkləndirmir — texnologiyanın tətbiqi ictimaiyyət tərəfindən hər hansısa müqavimətlə üzləşməməlidir. Düzdür, çoxları hesab edir ki, idarə ediən termonüvə sintezi sadəcə reallaşmayacaq arzudur.
2. Çevik və bacarıqlı robotlar
İnsanların əllərindən yaxında işlərini alacaq maşınlar barədə söhbətlərə baxmayaraq, hələ ki, sənaye robotları olduqca yöndəmsiz qeyri-qıvraqdırlar. Bəli, robot konveyerdən bu və ya digər əşyanı cəld hərəkətlə tuta bilər — o, yorulmayacaq və onu bu rutin tapşırıq heç vaxt bezdirməyəcək. Lakin bir balaca əşyanın yerini dəyişin və ya onu nə iləsə əvəzləyin və vəssəlam — maşın yöndəmsizcə hədəfi əlləyib yoxlayacaq və ya sadəcə boşluğu tutacaq.
Ancaq robotu hələ ki, insanlar kimi əşyaları götürməyi proqramlaşdırmaq mümkün olmasa da, ona cəhd və xətalar metodu ilə öyrətmək olur.
3. Personallaşdırılmış xərçəng vaksinləri
Adi kimyaterapiya sağlam hüceyrələrə ziyan vurur və hər zaman şişlərlə mübarizədə effektiv olmur.
Alimlər, demək olar ki, yaxında kommersiya istismarına xərçəngə qarşı ilk personallaşdırılmış vaksin buraxacaqlar. O, məhz xərçəng hüceyrələrini seçərək məhv etmək üçün orqanizmin təbii müdafiə mexanizmlərini istifadə edir.
Belə vaksinlərin hazırlanması 2008-ci ildə, yəni alimlər xərçəng şişləri genlərinin ardıcıllığını dərc etdiyi vaxt və “İnsan genomu” layihəsinin bitməsindən beş il sonra mümkün oldu. Tədqiqatçılar xərçəng hüceyrlərində yüzlərlə, bəlkə də minlərlə spesifik mutasiyaların olduğunu təsdiqlədirlər, onların əksəriyyəti də hər ayrıca şiş üçün unikaldır.
4. Erkən doğuşların proqnozlaşdırılması
Hər il 15 milyon körpə vaxtından əvvəl doğulur və bu, beş yaşacan uşaq ölümünün əsas səbəbidir.
Genetik material, başlıca olaraq, hüceyrələrimizdə yerləşir. Müasir texnologiyalar isə müdaxiləsiz keçinməyə və qanda hüceyrədən kənar genetik materialın kişik miqdarını aşkar etməyəimkan verir. Son illər tədqiqatçılar xərçəngi müəyyən etməyə və ya Daun sindromunun doğuşdan qabaq diaqnostikasının nəticələrini yaxşılaşdırmağa kömək edəcək təhlilin tərtibatına başlayıblar.
5. Mədə zondu əvəzinə həb
Yeni cihaz mədə və bağırsaq xəstəliklərini aşkar və təhlil etməyə kömək edir.
Məsələn, balaca uşaqlarda tropik enteropatiyanı diaqnozlaşdırmaq üçün narkoz altında mədə-bağırsaq zondunu daxil etmək gərəkdir. Bu isə bahalı və həmişə mümkün olmur.
Massaçusets xəstəxanasının mühəndisi və patologiyalar üzrə mütəxəssisi Gilyermo Tirni artıq ilk qəbulda enteropatiya əlamətlərinin aşkar edilməsi üçün istifadəsi mümkün olacaq xırda cihazlar tərtib edir. Pasiyentin udmalı olduğu xüsusi kapsullara xırda mikroskoplar quraşdırılır. Onlar əsas cihazın qidalanmasını və işıqlanmanı təmin edən nazik və çevik simə calanıblar. Beləliklə, mikrospoklardan verilənlər monitoru olan xüsusi konsola göndərilir.
Bu tərtibatı müxtəlif xəstəliklərin aşkar və təhlil edilməsi üçün tətbiq etmək olar.
6. İrəliləmiş səsli köməkçilər
Bu cür köməkçilər artıq mövcuddur. “Google Assistant”ın insana qorxunc dərəcədə oxşar yenilənməsi olan “Google Duplex” zəngləri spam üzrə yoxlayaraq, onları qəbul edə bilir. O, həmçinin zəng edib restoranda yer bronlaya bilir. Çində, məsələn, istehlakçılar telefonla bağlama çatdırılmasını sifariş edə bilən və çatda malların qiymətinə görə mübahisə aparan “Alibaba”-dan olan “AliMe”-yə öyrəşirlər.
Süni intellekt hələ ki, səlis danışığı deyil, ancaq düşünülmüş ssenarilərdən tez-tez istifadə edilən ifadə və söz birləşmələrini müəyyən edir. Bu əngəli aşsaq, çox güman, səsli köməkçilər dayə, müəlli m və ya dostlarımız belə ola biləcəklər.
7. Kanalizasiyasız və zərərli bakteriyasız tualetlər
Dünyada hazırda 2,3 milyard insanın normal kanalizasiyaya çıxışı yoxdur. Kanalizasiyanın olmaması insanları nəcislərini nour və çaylara buraxmağa məcbur edir. Bununla da ishal və vəbaya səbəb olan bakteriya, virus və parazitləri yaymış olurlar. Diareya (ishal) isə bütün dünyada doqquz uşaq ölüm səbəbindən biridir.
2011-ci ildə Bill Geyts "Tualeti yenidən icad et" müsabiqəsini işə saldı. Bir neçə komanda bütün tullantıların yerindəcə emal olunduğu tualetlərin pilot modellərini hazırladılar.
8. Sınaq şüşəsində yetişdirilmiş ət
BMT 2050-ci ilə dünya əhalisinin 9,8 milyard insan olacağını gözləyir. Hazırda insanlar 2005-ci ildən 70% çox ət yeyir. Ət istehsalatı isə təbii yolla meşələrin kəsilməsi və suyun çirklənməsinə gətirib çıxarır.
Laborator şəraitdə yetişdirilmiş ət və onun bitki alternativləri dada görə əsl ətə bənzəməyə başlayırlar. Onlar qida dəyərinə görə də geri qalmırlar. Bununla yanaşı əvəzedicilərin yaradılması ətraf mühitə ziyan vurmur.
Ət analoqları istehsalatının əhatəliliyi üzərində çalışan Maastrixt Universitetinin alimləri hesab edir ki, laboratoriya burgeri artıq gələn ilə əlçatan olacaq. Lakin “sınaq şüşəsində” yetişdirilmiş ətdən ekoloji mənfəətlər hələ ki, görünmür — Ümumdünya İqtisadi Forumun son hesabatında deyilir ki, laborator ət istehsalatından olan tullantılar mal əti istehsalından olan tullantılardan cəmi 7% az olacaq. Bu, isə çox cuzi fərq və “xeyirdir”.
9. Karbon qazı uducusu
Atmosferdən karbon qazının çıxarılması iqlim fəlakətini durdurmağın son yolu ola bilər.
Hətta biz karbon qazı tullantısını ləngitsək belə, parnik effekti min illər ərzində qala bilər. BMT-nin iqlim qrupu mütəxəssislərinin fikrincə, təhlükəli temperatur yüksəlməsinin qarşısını almaq üçün dünya bu yüzillikdə atmosferdən 1 trilyon ton karbon qazı çıxarmalı olacaq.
Kanadalı startap olan “Carbon Engineering”, ələ keçirilmiş karbon qazını istifadə edərək, sintetik yanacağın istehsalını artırmağı planlaşdırır. Zürixin “Climeworks” şirkəti tərəfindən tərtib edilmiş havanın birbaşa qötürülmə qurğussu ayrılmış karbon qazı və hidrogendən metan istehsal edəcək. Digər zavod karbon qazını alkoqolsuz içki sahəsi şirkətləri üçün satacaq.
Lakin yenə də qaz atmosferə təkrar düşəcək. Yekun hədəf isə parnik qazları tullantılarını əbədi bloklamaqdır.
10. Biləkdə EKQ
Tərəqqi portativ cihazlar vasitəsilə öz ürəyinin vəziyyətini daim monitor etməyə məcbur olanların həyatını rahatlaşdırır.
Fitnes-trekerlər ciddi tibbi cihaz deyillər. Biləyə kip oturmayan qolbaq və ya intensiv məşq nəbzi hesablayan sensorların işini poza bilər. Lakin elektrokardioqrammanı etmək üçün klinikaya getmək lazım olur və insanlar çox vaxt vaxtında yoxlanmağa çatdırmırlar.
EKQ-nin 12 sensoru olduğu vaxt, mövcud portativ cihazlar hələ də ancaq bir sensor istifadə edirlər və hələ ki, tərtib edilmiş cihazlardan heç biri infarktı diaqnozlaşdıra bilmir.
Ancaq hər şey yaxında dəyişə bilər. Məsələn, “AliveCor” Amerika Kardioloji Assosiasiya ilə birgə ürək tutması növlərindən birini müəyyən edə bilən iki sensorlu diaqnostika sisteminin və tətbiq tərtibatlarının ilkin nəticələrini təqdim ediblər.
Samirə Məmmədova