“BlackBerry” 2019-cu ilin mayın 31-i öz fərdi “BBM” messencerini bağlayacaq.
İnsider.az xəbər verir ki, bu barədə 2016-cı ildən messenceri idarə edən İndoneziyalı “Emtek” şirkətinin bəyanatında deyilir.
Servis nümayəndələri bildirib ki, “BBM” istifadəçiləri digər messencerlərə keçiblər, yeni auditoriyanı isə cəlb etmək alınmayıb.
“BBM”-in fəaliyyəti dayandıqda, istifadəçilər köhnə şəkil, ismarış və digər fayllara baxmaq üçün, onu öz cihazında aça bilməyəcəklər. Foto, video və faylları 31 maya kimi yükləmək olar, lakin kontaktları bununla yanaşı import etmək olmaz.
“BlackBerry” şirkətində bildiriblər ki, “Emtek”-in “BBM”-i bağlamaq qərarına hörmət edirlər, lakin istifadəçiləri ünsiyyət üçün olan platformadan məhrum etmək istəmirlər. Buna görə də şirkət messencerin individual istifadə üçün əlçatan olacaq iki tərəfli “BBM Enterprise” şifrələnməsi ilə korporativ versiyasını yaradacaq. Servis ilk ili ərzində ödənişsiz olacaq, sonra isə yarım illik abunəlik 2,49 dollara (4,23 AZN) başa gələcək.
Xatırladaq ki, “BBM” ismarış mübadiləsi üçün olan ən köhnə servislərdəndir. “BlackBerry” onu 2005-ci ildə buraxıb, 2016-cı ildə isə messencerin inkişafı üzrə şirkətin partnyoru “Emtek Group” xoldinqi oldu. “Emtek”-in dövründə servis dəyişdi: bəzi istifadəçilər fikir verdilər ki, messencerdə çoxlu oyun və reklam peyda oldu.
Samirə Məmmədova