bmw-oz-brendi-altinda-elektrosamokatlar-satisa-cixarir

“BMW” öz brendi altında elektrosamokatlar satışa çıxarır

Avtoistehsalçı olan “BMW” öz brendi altında elektrik samokatlar satmağa başlayacaq. Elektrosamokatlar cari ilin sentyabr ayında satışa çıxacaq. İnsider.az bu barədə şirkətin səhifəsinə istinadla xəbər verir.

“BMW” partnyoru “Micro Mobility” samokat istehsalçısı oldu. “BMW E-Scooter”-in çəkisi təxminən 9 kq-dir və sürəti 20 km/s-a kimi artıra bilir.

Elektrosamokat iki tormoz sistemi, həmçinin ön və arxa faralarla təchiz olunub. “E-Scooter”-ə 150 Vt-luq motor və iki saata tam şəkildə şarj olunan litium-ion akkumulyatoru quraşdırılıb. Samokat bir rəngdə (tutqun-qara) təqdim olunub.

Şirkətdən bildiriblər ki, “BMW E-Scooter”-i “BMW”-nin bir neçə rəsmi dilerlərindən almaq olar. Tövsiyə edilən pərakəndə qiymət 799 avrodur (təxminən).

Qeyd edək ki, cari ilin may ayında Almaniyada yollarda və veloyollarda elektrik samokatların istifadəsinə icazə verildi. Onların maksimal sürəti 20 km/s-i keçməməlidir.

Samirə Məmmədova