Mayın 5-i “Boeing” şirkətinin Avstraliya filialı “Loyal Wingman” adlı ilk süni intellektə malik reaktiv dronun prototipini təqdim edib.
İnsider.az xəbər verir ki, yeni model yarımavtonom rejimdə işləyəcək və başqa qırıcının pilotu tərəfindən idarə ediləcək. Onun əsas məqsədi pilotlu qırıcıları atəş dəstəyi ilə təmin etməkdir.
Uzunluğu 11,6 metr təşkil edən dron 3700 kilometr məsafə qət edə biləcək. 2020-ci ilin sonunda robot-təyyarənin sınaq uçuşları həyata keçiriləcək.
Oxu.Az