boyuk-britaniyanin-maliyye-naziri-istefa-verib

Böyük Britaniyanın maliyyə naziri istefa verib

Böyük Britaniyanın maliyyə naziri Filip Hammond istefa verdiyini açıqlayıb.

İnsider.az xəbər verir ki, nazir “Twitter”də istefa ərizəsinin 23 iyul tarixli olduğunu göstərib.

Xatırladaq ki, bundan əvvəl F.Hammond Boris Conson baş nazir olarsa, istefa verəcəyini bildirmişdi.

Qeyd edək ki, əvvəllər F.Hammond müdafiə və nəqliyyat naziri vəzifələrində də çalışıb.

©Report