boyuk-dordluk-nece-meglub-ola-biler

"Böyük Dördlük" necə məğlub ola bilər?!

İyirmi beş il bundan qabaq "Facebook", "Google" və "Amazon" mövcud deyildi. İndi isə onlar dünyada ən dəyərli və məşhur şirkətlər arasındadırlar.

90-larda bugünün texnoloji nəhəngi sayılan "Microsoft" kompüter əməliyyat sistemləri arasındakı dominantlığını o zaman yeni sayılan veb brauser sahəsində də tətbiq etməyə çalışırdı. Federal hökumət "Microsoftu" anti-inhisar qanunlarını pozduğuna görə məhkəməyə verir və sonda qalib gəlir. Nəticədə hökumətin "Microsoft"-a qarşı anti-inhisar siyasəti "Google" və "Facebook" kimi internet şirkətlərinə cığır açır.

Bu hadisə rəqabətin təşviq edilməsinin necə vacib olduğunu təsvir edir: o yeni, mütərəqqi şirkətlərin böyüməsinə və inkişaf etməsinə imkan yaradır və bu da hər kəsin bazarda daha keyfiyyətli məhsul və xidmətlərin təklif etməsinə səbəb olur. Məgər indi biz "Bing"-də ilişib qalmaqdansa, "Google" istifadə etməyə imkanımıza sevinmirikmi? 

Bugünün nəhəng texnoloji şirkətləri bizim iqtisadiyyatımız, cəmiyyətimiz və demokratiyamız üzərində həddən artıq hakimiyyətə sahibdirlər. Onlar rəqabət üzərində mübarizə aparır, gəlir əldə etmək üçün bizim şəxsi məlumatlarımızı istifadə edir və oyun sahəsini yerdə qalanlara qarşı yönəldirdilər. Bu proses zamanı onlar kiçik biznesə xələl yetirərək, innovasiyaları məhv etdilər.

Amerikanın nəhəng texnoloji şirkətləri qiymətli məhsullar təqdim edirlər, həmçinin bizim rəqəmsal həyatımızda da böyük hakimiyyətə sahibdirlər. Hardasa bütün elektron kommersiyanın yarısı "Amazon"-dan keçir. Bütün internet trafikin 70%-dən çoxu "Google" və ya "Facebook" tərəfindən idarə olunan və ya onlara aid saytlar üzərindən keçir.

Amerikanın nəhəng texnoloji şirkətləri öz dominantlıqlarının səviyyəsinə qismən aşağıdakı iki strategiyanın sayəsində çatıblar:

•    Rəqabəti Məhdudlaşdırmaq üçün Birləşdirilmədən istifadə etmək. "Facebook" potensial rəqibləri sayılan "İnstagram" və "Whatsapp"-ı əldə etdi. "Amazon" özünün nəhəng bazar hakimiyyətindən "Diapers.com" kimi kiçik rəqibləri aşağı qiymətə satmağa məcbur etmək üçün istifadə etdi. "Google" kartoqrafiya şirkəti "Waze"-i və reklam şirkəti "DoubleClick"-i satın aldı. Hakimiyyət tənzimləyiciləri bu tranzaksiyaları onların rəqabətə və innovasiyalara qarşı mənfi təsirinə görə bloklamaq əvəzinə onlara göz yumdular.

•    Rəqabəti Məhdudlaşdırmaq üçün Şəxsi Bazarlarından istifadə etmək. Bir çox nəhəng texnoloji şirkətlər alıcı və satıcıların həm alver, həm də eyni zamanda iştirak etdikləri bazara sahibdirlər. Bu, rəqabətə xələl yetirən maraqların münaqişəsinə səbəb ola bilər. "Amazon" kiçik şirkətləri onların "Amazon" Bazarında satdıqları məhsulların surətini çıxarmaqla və daha sonra öz şəxsi firma versiyasını satmaqla məhv edir. Ehtimal var ki, "Google" rəqib sayılan kiçik axtarış sistemini onun məzmunu öz axtarış alqoritminə daxil etməklə məhv edib, nəticədə o, şəxsi restoran reytinqlərini "Yelp"-inkindən üstün tuturdu.

Zəif anti-inhisar qanununun tətbiqi texnoloji sahədə rəqabətin və innovasiyanın kəskin enməsinə səbəb oldu. Riskli kapitalistlər indi bu nəhəng şirkətlər ilə rəqabətə getməmək üçün yeni startapları maliyyələşdirmək istəmirlər, səbəbsə odur ki, bu iri şirkətlər üçün inkişaf edən rəqibləri satın almaq və ya onları biznesdən qovmaq çox asandır.

Mövcud anti-inhisar qanunlar federal tənzimləyici orqanlara rəqabəti zəiflədən birləşməni ayırmağa imkan verir. Anti-rəqabət birləşmənin qarşısını almaq üçün mövcud alətləri istifadə etməyi düşünən tənzimləyiciləri təyin edəcəyik, bura  həmçinin aşağıdakılar da daxildir:

•    "Amazon": "Whole Foods"; "Zappos"
•    "Facebook": "WhatsApp"; "Instagram"
•    "Google": "Waze"; "Nest"; "DoubleClick"

Bu birləşmələrdən imtina bazarda sağlam rəqabətə səbəb olacaq, bu da nəhəng texnoloji şirkətləri istifadəçilərin problemlərinə, həmçinin gizlilik məsələsində reaksiyaya məcbur edəcək. Biz insanlara onların şəxsi məlumatlarının necə toplanması ilə bağlı geniş nəzarət imkanı verməliyik ki, bizə məxsus böyük həcmdə məlumatlara malik olan şirkətlər geniş rəqabət üstünlükləri əldə edə bilməsinlər.

Samirə Məmmədova