britaniyanin-avropa-qonsulugu-uzre-dovlet-nazirinin-azerbaycana-seferi-baslayib

Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət nazirinin Azərbaycana səfəri başlayıb

Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfəri başlayıb.

İnsider.az-ın xəbərinə görə, bu barədə Böyük britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter"də yazıb.

Səfir qeyd edib: "Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton regiona ilk səfərini Bakıdan başladı".

Qeyd edək ki, nazirin iki günlük səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir V. Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

APA