britaniyanin-bas-naziri-azerbaycan-cop29-un-ohdesinden-layiqince-gelecek

Britaniyanın Baş naziri: Azərbaycan COP29-un öhdəsindən layiqincə gələcək

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) öhdəsindən layiqincə gələcək və tədbir çox yaxşı səviyyədə keçiriləcək.

Bu fikirlər Böyük Britaniyanın Baş naziri Rişi Sunakın (Rishi Sunak) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

O vurğulayıb ki, ölkəsi COP26 təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Britaniya COP29-da Azərbaycanın yanında olacaq”.

Hökumət başçısı məktubunda dünyadakı enerji siyasətinə də toxunub: “Biz ədalətli enerji siyasətinin müəyyən edilməsinin zərurətini anlayırıq. Biz iqlim dəyişikliyinin aradan qaldırılması üçün trilyonlarla vəsait səfərbər edəcəyik”.

Qeyd edək ki, R.Sunakın məktubunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) səsləndirib.

Report