brusselde-uber-in-taksi-proqrami-baglanacaq

Brüsseldə Uber-in taksi proqramı bağlanacaq

Brüsseldə ali məhkəmə, ağıllı telefon proqramı ilə taksi xidməti təqdim edən Uber-in fəaliyyətinin dayandırılmasına hökm edib.

Belçika mətbuatına görə, Brüssel Apelyasiya məhkəməsi, 2015-ci ildə Uber əleyhinə çıxarılan aşağı məhkəmənin qərarını təsdiqləyib.

Məhkəmə, telefon proqramı ilə taksi xidməti təqdim edən Uber-in Brüsseldəki fəaliyyətinin dayandırılmasına qərar verib. Sürücülər proqramı istifadə edərək işləyə bilməyəcəklər.

Proqramdan 26 Noyabr cümə axşamından etibarən istifadə etmək mümkün olmayacaq.

Uber-in Brüsseldə təxminən 2 min lisenziyalı sürücüsü var.

Uberin Belçika üzrə nümayəndəsi Laurent Slits lisenziyalı sürücülərin gəlir əldə edə bilməyəcəyini və bundan dərin narahat olduqlarını bildirib. O, məhkəmə qərarının köhnə qaydalara əsasən qəbul edildiyini, hökumətin 7 ildir qaydaları yeniləmədiyini qeyd edib.

ABŞ şirkəti Uber, Brüsseldə 2014-cü ildə fəaliyyətə başlamış və o dövrdə lisenziyası olmayan xüsusi avtomobil sahibləri ilə çalışırdı. Brüssel Məhkəməsi 2015-də Uber-in taksi xidməti göstərmək üçün lazım olan şərtləri yerinə yetirmədiyinə və qeyri-qanuni olduğuna hökm etmişdi.

Qərarın ardından Uber, Brüsseldə lisenziyası olan sürücülərlə işləməyə başlamışdı.

Uber, daha münasib qiymətlə nəqliyyat imkanı təmin edir.