Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.
Verilən məlumata görə, tikinti-quraşdırma işləri bazar ertəsi, martın 3-ü gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.
Qeyd edək ki, tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcəkdir. BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.