1990-cı il noyabrın 13-də britaniyalı alim Tim Berners-Li tərəfindən dərc edilmiş dünyada ilk veb səhifədə “World Wide Web” texnologiyası haqqında məlumat təsvir edilmişdi.
İnsider.az xəbər verir, böyük britaniyalı alim ilk veb səhifənin yaradılması zamanı “NeXT” şirkətinin adi fərdi kompüterindən istifadə etmişdi.
Berners-Li internetin yaradıcısı hesab edilir. O, Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) işləyərkən "Ümumdünya Hörümçək Toru" anlayışını təklif edib və hipermətn məlumatlara müraciət üsulunu ixtira edib.
ICTnews