Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.
Milli Məclisin payız sessiyasının ilk plenar iclası bu gün saat 11:00-da keçiriləcək.
Parlamentin payız sessiyasının ilk plenar iclasında Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisinin Bəyanatı qəbul ediləcək.
Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planına 12 məsələnin daxil olacağı gözlənilir.
Qanunvericilik işləri planına aşağıdakılar daxildir:
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri;
3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri;
4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
6. “Lombardlar haqqında” qanun layihəsi;
7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
8. “Ali təhsil haqqında” qanun layihəsi;
9. “Turizm haqqında” qanun layihəsi;
10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
12. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.