Bu gün Bakı vaxtı ilə saat 12:00-da Türkiyənin Yeni İqtisadi Proqramı açıqlanacaq.
İnsider.az xəbər verir ki, Proqram Xəzinə və maliyyə naziri Berat Albayrak tərəfindən açıqlanacaqdır.
Proqram, iqtisadiyyatda gələcək 3 ilin yol xəritəsi xüsusiyyətini daşıyır.
Proqram ilə 2021-2023 dövrünə dair inflyasiya, məşğulluq, iqtisadi artım, ixrac, cari kəsir kimi təməl makro göstəricilər proqnoz olunacaq.
Proqramda makro siyasətlər, qanunlar və hədəflər də yer alacaq.
Bu gün Dollar/TL məzənnəsi 7.83 səviyyəsini də keçərək rekord yeniləyib.
Marja