bu-iki-rayona-yeni-icra-bascilari-teyin-edildi-serencam

Bu iki rayona yeni icra başçıları təyin edildi - Sərəncam

Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İnsider.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

1989-cu il təvəllüdlü M.Seyidov Azərbaycan Milli Karate Federasiyasının baş katibi, "İrəli" İctimai Birliyinin sədridir. 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 20-də Neftçala rayonunda əməliyyat keçirib, 6 vəzifəli şəxs saxlanılıb. Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 


Prezident İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

İnsidüer.az xəbər verir ki, sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.