“MIT-IBM Watson” süni intellekt laboratoriyasından olan Mauro Martino və Milan Politexnik İnstitundan Luka Stornayolo “AI Portraits” neyroşəbəkəsini adi fotoları İntibah dövrünün portretlərinə çevirməyi öyrədiblər.
Alqoritmi 45 min rəsm üzrə inkişaf etdiriblər. Onların sayına İntibah dövrünün məşhur ustalarının işləri daxildir.
Portret üçün neyroşəbəkə fotoya səmtlənərək görüntünü sıfırdan yaradır. Tərtibatçılar iddia edir ki, istifadəçilərin bütün şəkilləri dərhal silinir və serverlərdə saxlanılmır.
“AI Portraits”-dən istifadə etmək üçün sayta daxil olub, “Click” düyməsini sıxıb, şəkli yükləmək lazımdır. Bundan sonra şəklin portretə çevrilməsini gözləmək və yeni şəkli saxlamaq gərəkdir.
Samirə Məmmədova