bu-servis-istifadecilerin-girisini-sifrelenmemis-sekilde-saxlayib

Bu servis istifadəçilərin girişini şifrələnməmiş şəkildə saxlayıb

Amerikanın səhmlərlə ticarət servisi olan “Robinhood” istifadəçilərin şifrələrini bağlanmamış şəkildə saxlayıb. İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

“Robinhood” istifadəçilərə şifrələrin dəyişdirilməsi tövsiyəsilə məktub göndərib. Şirkətdə məlumatları açıq şəkildə saxlanılan istifadəçi sayı açıqlanmayıb, lakin məlumatlara sanksiyalanmamış (icazəsiz) giriş izi tapılmadığı qeyd olunub.

2019-cu ilin iyulun ortasında “Robinhood” növbəti maliyyələşmə raundunu keçirib və onun gedişatında 7,6 milyard dollar qiymətləndirmədə 323 milyon dollar cəlb edib. Startapın aparıcı investorları arasında Yuriy Milnerin “DST Globa” fondu var.

Qeyd edək ki, “Robinhood” 2015-ci ildən çalışır, servisin auditoriyası 2018-ci ilin sonuna 6 milyon istifadəçi təşkil edirdi.

Samirə Məmmədova