bu-smartfon-istifadecilerine-ha-ha-ha-metnli-bildiris-gonderdi

Bu smartfon istifadəçilərinə “Ha-ha-ha” mətnli bildiriş göndərdi

“OnePlus 7 Pro” smartfonunun bəzi istifadəçiləri “Twitter”-də iki push-bildiriş aldıqlarını bildirib. İsmarış “Ha-ha-ha” kimi tərcümə olunan latın hərfləri və çin heroqliflərinin təsadüfi yığımından ibarətdir. İnsider.az bunu “vc.ru”-ya istinadla xəbər verir.

“OnePlus” “OxygenOS” komandasının daxili testetmə zamanı “OnePlus 7 Pro” smartfonun bəzi istifadəçilərinə təsadüfən ismarışlar göndərildiyini təsdiqləyib. Öz bloqunda şirkət tərtibatçıların “Android Q” əməliyyat sisteminin növbəti yenilənməsini test etdiyini dəqiqləşdirib.

Şirkət istifadəçilərdən üzr istəyib və insidentin onların məlumat təhlükəsizliyinə təsir etməyəcəyini bildirib. “OnePlus 7 Pro”-nun neçə nəfər istifadəçisinə səhv ismarış göndərildiyini dəqiq açıqlamır.

Samirə Məmmədova