butun-peykleri-uda-bilecek-qara-delik-tapildi

Bütün peykləri uda biləcək qara dəlik tapıldı

Dünyadan 700 milyon işıq ili uzaqlığında olan qara dəlik "Holm 15A" günəş sistemindəki bütün peykləri uda biləcək böyüklükdədir.

İnsider.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qalaktikanın dinamikasına əsaslanan hesablamada "Holm 15A" qara dəliyinin günəş kütləsindən 310 milyon dəfə böyük olduğu bildirilib. Astrofizika jurnalında yayımlanan xəbərdə bu yeni araşdırmanın ilk dəfə yeni qara dəliyi ölçmə üsulu ilə hesablandığı qeyd edilib.

Nübar Lətifli