capital-one-iri-miqyasli-kiberhucuma-meruz-qalib

“Capital One” iri miqyaslı kiberhücuma məruz qalıb

Hakerlər “Capital One” amerikan bankının bazalarını sındırıb kredit kartlarına olan 100 milyon sorğuya, minlərlə sosial sığorta nömrələri və bank hesablarına giriş əldə ediblər. İnsider.az bu haqda “The Washington Post”-a istinadla bildirir.

Qəzetin məlumatına görə, bu, dünyada ən iri miqyaslı kiberhücumlardan biri olub. Baxmayaraq ki, müştərilərin fərdi məlumatlarının etibarlılığı pozulmayıb, sındırılmadan dəyən zərər 100-150 milyon dollar civarında qiymətləndirilir.

Nəşriyyat qeyd edir ki, miqyaslı məlumat sızıntısının günahkarı Sietldan (Vaşinqton ştatı) olan 33 yaşlı Peyc Tompson olub. Daha əvvəl o, “Capital One”-a məlumat ötürülməsi üzrə xidmət göstərən kiçik şirkətdə çalışıb. FTB əməkdaşları qadına kiberdələduzluq üzrə ittiham irəli sürüblər. O, ilk məhkəmə dinlənməsinin təyin olunduğu avqustun 1-i tarixinədək həbsdə olacaq.

Samirə Məmmədova