cari-ilde-mobil-rabiteye-xerclenen-vesait-200-mln-manati-otub

Cari ildə mobil rabitəyə xərclənən vəsait 200 mln. manatı ötüb

Cari ilin yanvar-mart ayı ərzində informasiya və rabitə müəssisələri 463,5 mln. manatlıq xidmət göstərib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub.

İnsider.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,6% artıb, bu sahədə əldə edilmiş gəlirin 82,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 43,6%-i və ya 201,9 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

©“Report”