Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilir.
Bununla bağlı Milli Məclisin sabahkı iclasında məsələ müzakirəyə çıxarılacaq.
Qrupa Soltan Məmmədovun rəhbər seçiləcəyi gözlənilir.
Qeyd edək ki, “dostluq qrupunun” hazırkı sədri Cavanşir Feyziyevdir.
Bundan başqa, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də dəyişdiriləcək. Həmin qrupa rəhbər kimi Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.
Hazırda isə həmin qrupun rəhbəri Sevinc Hüseynovadır.
Oxu.Az