cercivesiz-lenovo-thinkvision-monitoru-teqdim-edilib

Çərçivəsiz “Lenovo ThinkVision” monitoru təqdim edilib

Çinin “Lenovo” şirkəti 27 düym diaqonallı və “2К” (2560 × 1440 piksel) təsvir ölçülü ekranla təchiz edilən “ThinkVision” adlı yeni monitor təqdim edib.
 
İnsider.az xəbər verir ki, qurğunun displeyinin ətrafına çərçivə quraşdırılmayıb. Ekran monitorun ön səthinin 92 faizini əhatə edir. Qurğu “Rec.709” və “sRGB” rəng standartlarını 99 faiz, eləcə də “DCI-P3” rəng sahəsini 85 faiz əhatə etməsi ilə seçilir.
 
Monitorun xarici görünüşü xüsusi diqqət cəlb edir. O, klassik qara rəngdə hazırlanıb və düzbucaqlı formalara malikdir. Geniş tənzimləmə imkanlarına malik altlıqda smartfonun quraşdırılması üçün qırmızı çərçivə ilə bəzədilmiş xüsusi yer nəzərdə tutulub. Monitor “USB Type-C” konnektoruna enerji ötürmək imkanına malik enerji bloku ilə təchiz edilib. O, mobil qurğuları enerji ilə doldurmağa imkan verir.  
 
Avqustun 18-dən etibarən satışa çıxarılacaq qurğunun xüsusiyyətləri onun qiymətinə uyğundur. Əvvəlcə Çində, daha sonra digər regionlarda satışa çıxarılacaq “Lenovo ThinkVision” monitorunun qiyməti 274 dollar təşkil edəcək.

ICTnews