30 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.